Apple şirkətinin səhvini 14 yaşlı məktəbli aşkarladı | Banco.az

Apple şirkətinin səhvini 14 yaşlı məktəbli aşkarladı

Daha öncə məlumat verdiyimiz kimi, Apple şirkətinin təqdim etdiyi FaceTime tətbiqində nasazılıqlar aşkar edilib. Müəyyən şəxsin zəngə cavab verməzdən öncə, səsinin duyulması problemi ilə qarşılaşan Apple şirkəti tətbiqi yeniləməyə söz vermişdi. Budur Apple, FaceTime tətbiqini yeniləyərək qrup zəngləri zamanı meydana çıxan problemləri həll etdi. Eyni zamanda yaxın zamanlarda nasazlığı aşkarlayan məktəblini də mükafatlandırmağa hazırlaşır.

Həmçinin oxu: Apple şirkəti FaceTime ilə bağlı səhvi etiraf etdi

14 yaşlı Qrant Tompson ilk olaraq FaceTime zəngləri zamanı yaranan problemi aşkarladı. Dərhal Apple şirkətinə məktub yazaraq, nasazlıq barəsində məlumat verməyə çalışan məktəblinin səyləri nəticəsiz qalıb. Lakin Qrant, bununla qane olmayıb və Facebook və Twitter sosial şəbəkələrində postlar dərc edərək, şirkətə məlumatı çatdırmağa çalışıb. Nəhayət problem öz əksini KİV-də tapır və məlumatların mediada yer almasından sonra şirkət məsələnin həlli ilə bağlı reaksiya verib.

Ən sərfəli kredit üçün müraciət et

Hal-hazırda isə Apple şirkəti Tompsonun təhsili üçün qrant ayırmaq fikrindədir. Məktəbliyə təqdim ediləcək məbləğ haqqında hələ heç bir məlumat paylaşılmayıb. 

Bundan əlavə FaceTime modulunun sonuncu yenilənməsindən sonra iOS platformasında Live Photos funksiyasında problem aşkarlanıb. Apple bu funksiyanı daha əvvəl istifadəyə verilən iOS və macOS platformaları üzərindən fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Apple təchizatçılara ayrılan pul mükafatlarını Bug Bounty proqramı əsasında təqdim edir. Ayrılan pul mükafatlarının həcmi 25 min dollardan -200 minə qədər dəyişə bilir. Bu mükafatlar yalnız iOS platformasında aşkarlanan səhvlərin tapılmasına görə verilir.  2019-cu ildə Almaniyalı 18 yaşlı mütəxəssis Laynus Xentse macOS platformasının təhlükəslik problemi olduğunu aşkarlayıb. Lakin gənc Apple şirkətinə yardım etməkdən imtina etmişdir. Belə ki, macOS platformasının təhlili Bug Bounty proqramına daxil edilmədiyindən mükafatlandırılmır.

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et