Apple şirkəti hər bir sahədə iz qoyduğu kimi, müsahibə prosesində də maraqlı üsullara yol atır. İşə müraciət etmiş hər bir şəxsə maraqlı suallar verir, əgər bu suallara istədiyi cavabı alarsa işə götürür. Bu gün banco.az komandası həmin suallar toplusunu sizlər üçün hazırlamışdır. Suallar sırf məntiqi olaraq soruşulsa da, eyni zamanda iş təcrübəsini və iş üçün nə qədər uyğun olduğunuz barədə məlumatları da əks etdirir.
Qeyd: Sualların hansı vəzifəyə müraciət etmiş namizədlərə soruşulduğunu sıralamışıq. Vəzifələrin ana dilimizə tərcüməsi mənasız səsləndiyi üçün ingilis dilində saxladıq.
1) Product Design Engineer
Bir fincan isti qəhvə və soyuducudan çıxmış kiçik bir qutuda südümuz var. Otaq temperaturu nə isti nə də soyuqdur. Qəhvə və südü bir-birinə qarışdığımız zaman soyuq dərəcəyə ən tez çatmaq üçün süd qəhvəyə nə vaxt əlavə etməliyik? (Başlanğıcdamı ortadamı, sondamı?)
2) Solution consultant
Empire state binasının ağırlığı nə qədərdir?
3) Research scientist
İkili ağacın (binary tree) sağ və sollu alt ağaclarının eyni forması olub-olmadığını necə müəyyən edərsiniz?
4) Retail
Hansı süper qəhrəman olmaq istərdiniz və niyə?
5) Apple Genius
RAM-ın nə olduğunu 5 yaşındakı bir uşağa necə izah edərdin?
6) Lead Systems Engineer
Bir təyyarənin qanadları necə işləyir?
7) Hardware Test Design
Apple-ın daxili arxitekturasının şəklini çək.
8) Hardware Engineer
Bir maşında benzinin olub-olmadığını yoxlamaq üçün 5 yol söylə.
9) Software Engineer
Əgər sənə iki yumurta verərək onun qırılmamasını tapşırsaq və onları bir yüksəkliyə qoymağını istəsək həmin yumurtaları hansı yüksəklikdə yerləşdirərdin?
10) Global Supply Manager
Əlimdəki qələmin istehsal xərclərini necə azalda bilərdin?
11) Software Engineer
Maraqlı bir problem tap və onu izah et.
12) At-Home Advisor
8 yaşındakı bir uşağa modem və onun funksiyalarını izah et.
13) Global Supply Manager
Hər gün nə qədər uşaq dünyaya gəlir?
14) Software Engineer
Bir masada 100 sikkə vardır. Sikkələrin bir tərəfi xəritəşəkilli, bir tərəfi isə bayraqşəkillidir. 10 dənə sikkədə xəritə şəkili 90 sikkədə isə bayraq şəkili üst tərəfdədir. Hansı simvolun hansı sikkədə olduğunu nə görmək mümkün deyil, nə də bilmək. Biz isə istəyirik ki, 100 sikkəni xəritə və bayraq şəkili bərabər olacaq sayıda düz.
15) Software QA Engineer
Sənin sevimli tətbiqi proqramını necə test edərsən?
16) Software QA Engineer
Üç dənə qutu vardır. Qutuların birində alma, digərində portağal sonuncunda isə həm alma həm də portağal mövcuddur. Qutuların içərisində nə olduğunu göstərən üzərindəki etiket səhv vurulmuşdur. Qutunun içinə baxmadan bir meyvə çıxart , meyvəyə baxaraq digər qutuları necə müəyyənləşdirə bilərsən?
17) Specialist
Ssenari: Bir əsəbi müştəri qarşında dayanıb, 20 dəqiqədir gözləyir və artıq səbr kasası dolub. Sizə burada gözləmək yerinə Microsoft Store və ya digər mağazalara gedərək kompüteri oradan alacağını söyləyir. Bu məsələni həll et
18) Apple Care
Müştəri zəng edərək köhnə bir kompüteri mövcud olduğunu deyir. Nə cavab verərsən?
19) Build Engineer
Ağıllımısan?
20) Software Manager
Uğursuzluqların nələrdir və onlardan necə bir dərs çıxarıbsan?
21) Software Engineer
Müdirinizin verdiyi qərara qarşı çıxdığınız olubmu? Ümumiyyətlə həyatınızda belə bir hadisəyə oxşar nümunələriniz varsa bizimlə paylaşın, eyni zamanda bu hadisələrdən necə baş çıxardığınızı da izah edin.
22) Mechanical Engineer
Disklə işləyən maqnitofonun disk qoyma yerinə bir stəkan su qoyursunuz sonra da onun sürətini tez-tez artırırsınız. İlk nə baş verər? Stəkan düşərmi yoxsa ayaqdamı qalar, ya da su stəkandan ətrafa sıçrayarmı?
23) Software Engineering Manager
Həyatda etdiyinə görə fəxr etdiyin bir hadisəni bizimlə paylaş.
24) Software Engineer
Yaradıcı birisən? Hazırda kreativ nə düşünə bilərsən?
25) Apple Retail Specialist
Aciz qaldığın bir hadisəni bizlə paylaş
26) Apple At Home Advisor
Hansı daha çox vacibdir, müştərinin problemini həll etmək yoxsa yaxşı bir müştəri təcrübəsi yaşatmaq?
27) Specialist
Nə üçün Apple adını Apple Computers Incorporated-dən Apple İnc-ə dəyişdirdi?
28) Family Room Specialist
Pozitiv bir insana oxşuyursan? Yaxşı bəs bu gün sənin əhval ruhiyyəni nə dəyişdirər?
29) College At-Home Advisor
Yalnız səsindən istifadə edərək, müştəriyə həqiqətən köməklik etmək istədiyini izah et.
30) Software Engineer
Bu gün niyə burdasan?
31) Software Engineer
iTunesda daima şəkil yükləyən və sistemə zərərli olan bir tətbiqi proqram var. Bu proqramda istifadə edilməyən sənədləri təmizləmək üçün necə bir strategiyadan istifadə edərsən?
32) Lead Analyst
Bir şüşə qabda vacib və vacib olmayan 3 sikkə mövcuddur, bir dənəsini götürüb üç dəfə çevirirsən və bayraq, bayraq, xəritə sıralamasını əldə edirsən. Vacib və ya vacib olmayan bir sikkə çəkmə ehtimalın nə qədərdir?
33) Engineering Project Manager
Son dörd ildə ən yaxşı və ən pis günün hansı idi?
34) Specialist
Apple Storedan bir müştəri kimi istifadə etdikdə keçirdiyin ilk hisslər nələrdən ibarət idi?
35) Software Engineer
Nəyə görə Apple şirkətinə müraciət elədin və əgər biz səni işə alsaq əvvəlki işlədiyin şirkətdə hansı imkanlardan ötrü darıxacaqsan?
36) Software QA Engineer
Bir çörək qızartma cihazını necə yoxlayardın?
37) Technical Lead
Bir gün bir dağa qalxası olsan, ertəsi gün dağdan eyni zamanda düşmək şərti ilə, ola bilərmi eyni anda eyni yerdən keçəsən?
38) Retail specialist
İnsanların texniki məsələlərlə bağlı müraciət etdiyi şəxsmisiniz?
39) Software Development Test Engineer
63-62=1. Sadəcə bir rəqəmi dəyişdirərək (rəqəm və ya əməliyyat) doğru bir nəticə əldə edə bilərsənmi?
40) Administrative assistant
Sevimli dondurman hansıdır?
41) WW Supply Demand Planner
Keyfiyyətli bir tədarük zənciri qurmaq üçün nə edərdin?
42) Technical specialist
Heç olubmu bir dostunun xətrinə dəymisən? Olubsa bu problemi necə həll edibsən?
43) Hardware Test Design Lead
İş yoldaşlarınla Cənubi Koreyaya paraşütlə gedəcəyin bir səyahət planı hazırla.
44) Finance
İphone-u yeni bir bazara təqdim edərkən necə bir məlumata ehtiyacın olardı?
Bu da maraqlıdır:
Googledan məntiq əjdahalarını belə çaşdıracaq 4 məntiqi müsahibə sualı
Xəzər Aslanov. Banco.az