Apple iPhone X, XS və Max haqqında səhv məlumat yayıb | Banco.az

Apple iPhone X, XS və Max haqqında səhv məlumat yayıb

Apple şirkətinə iPhone X seriyası telefonlarının ekran ölçüsü və əksetmə qabiliyyəti ilə bağlı yalan söylədiyi iddiası ilə məhkəmə işi açılıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, cümə günü Apple şirkətinə iPhone X seriyası telefonlarının xüsusiyyətləri ilə bağlı səhv məlumat bildirməsi ittihamı ilə məhkəmə işi açılıb. İki nəfər iddiaçının ABŞ–ın Şimali Kaliforniya Məhkəməsinə təqdim etdiyi məhkəmə işində şirkətin iPhone X, iPhone XS və iPhone XS Max cihazlarının ölçüləri və piksel sayını səhv reklam etdiyi ifadə edilib. İddiaçılar məhkəmənin bu şikayəti qrup işinə çevirməsini tələb edir. Apple isə məsələ ilə bağlı heç bir açıqlama etməyib.

Məhkəmə işində şirkətin telefon modellərində ekran olmayan kənar hissələri də ekran olaraq hesab etdiyi bildirilib. 55 səhifədən ibarət olan məhkəmə sənədində yeni iPhone modellərinin ön hissəsinin reklamlarda göstərildiyi kimi “tamamilə ekran” olmadığı müfəssəl şəkildə qeyd edilib. Məsələn, iPhone X modelinin ekran ölçüsü 5,8 inç olmalı ikən sadəcə 5,6875 inç-dir.

Həmçinin oxu: Feminist qadınlar nə üçün yeni iPhone – ları BƏYƏNMİR?

Ən sərfəli kredit üçün müraciət et

Ekranın əksetmə qabiliyyəti də reklamlara uyğun deyil

İddiaçılar həmçinin iPhone X seriyası telefonlarının reklamlarda ifadə edildiyindən daha aşağı əksetmə qabiliyyətinə sahib olduğunu söyləyirlər. iPhone X modelinin əksetmə qabiliyyəti 2436 x 1125 piksel olmalıdır. Ancaq məhsul hər pikseldə qırmızı, yaşıl və mavi alt piksellərə sahib deyil. iPhone X modelinin hər pikselə iki alt pikseli mövcuddur ki, iddiaçılar bunun reklamlarda ifadə ediləndən daha aşağı olduğunu bildirirlər. Məhkəmə işində həmçinin iPhone 8 Plus modelinin iPhone X modelindən daha keyfiyyətli olduğu da vurğulanıb.

Qeyd edək ki, bu məhkəmə işi şirkətin üzləşdiyi ilk iş deyil. 

Həmçinin oxu: Apple və Samsung – a nə üçün PUL CƏZASI kəsilib?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et