"Apple" böyük ekranlı saat modellərini təqdim edəcək | Banco.az

"Apple" böyük ekranlı saat modellərini təqdim edəcək

Müəllif: Aida İsaq, Banco.az

"Apple" 2024-cü ildə daha böyük ekranlı "Watch X", "SE" və "Ultra" saatlarını təqdim etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, məlumata görə "Watch Series X" iki ölçüdə 1,89 və 2,04 düymlük ekrana malik olacaq. Bu isə hazırkı "Apple Watch Series 8"dən 5-10% böyükdür. Eyni zamanda, müvafiq modelin adının gələcəkdə dəyişə biləcəyi bildirilir. 

Üçüncü nəsil "Apple Watch SE" modelinin isə 41 mm və 45 mm-də hazırkı "Series 8" xəttinə oxşar ölçülər alacağı məlum olub. Bundan başqa, modellərin təqdimatına qədər bir çox dəyişikliklərin olması istisna edilmir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et