“Amrahbank”ın faiz gəlirləri kəskin artıb | Banco.az

“Amrahbank”ın faiz gəlirləri kəskin artıb

“Amrahbank” 2019-cu ilin 1-ci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıb.

2018-ci ilin 1-ci yarısının sonu ilə müqayisədə “Amrahbank”ın cəmi aktivləri 5 milyon 764 min manat və ya 2,9% artaraq 30 İyun 2019-cu il tarixində 201 milyon 981 min manat təşkil edib.

Müştərilərə verilmiş xalis kreditlər isə 10 milyon 557 min manat və ya 11,1% artaraq 104 milyon 946 min manata yüksəlib.

“Amrahbank”ın müştərilərinin hesablarındakı vəsait artıb. 30 iyun 2019-cu il tarixində “Amrahbank”da 166 milyon 268 min manat müştəri hesabları, o cümlədən müddətli və tələbli depozitlər olub. Ötən ilin eyni tarixində bu məbləğ 149 milyon 706 min manat təşkil etmişdi.

Cari ilin ilk 6 ayında “Amrahbank”ın cəmi gəlirləri 8 milyon 766 min manat, cəmi xərcləri isə 14 milyon 44 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 5 milyon 278 min manat zərəri yaranıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 34,7% azdır. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında “Amrahbank”ın zərəri 8 milyon 82 min manat təşkil etmişdi.  

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Amrahbank” digər bir sıra banklar kimi kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyat yaradır. Bankın daha dayanaqlı fəaliyyəti üçün yaradılan bu ayırma xərcləri artırır.

Diqqəti cəlb edən “Amrahbank”ın gəlirlərinin artmasıdır. Ötən ilin ilk 6 ayında 3 milyon 773 min manat təşkil etmiş faiz gəlirləri, cari ilin ilk 6 ayında 5 milyon 882 min manat təşkil edib (2 milyon 109 min manat və ya 55,9% artım). Eyni zamanda, “AmrahBank” xarici valyuta əməliyyatlarından 1 milyon 2 min manat, haqq və komissiya gəlirləri üzrə 1 milyon 867 min manat gəlir əldə edib.

“Amrahbank”ın verdiyi kreditlər, gəlirlərinin sürətli artımı davam edərsə və xərcləri azalarsa mənfəətə çıxa bilər. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç