Alman kimya nəhəngi 2600 nəfəri işdən çıxaracaq | Banco.az

Alman kimya nəhəngi 2600 nəfəri işdən çıxaracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın ən böyük kimya şirkəti “BASF” 2600 işçini işdən çıxaracağını açıqlayıb.

Banco.az xəbər verir ki, Avropanın ən böyük kimya firması “BASF” ucuz rus qazına çıxışın olmaması səbəbindən yaranan xərclərə qənaət məqsədilə qlobal işçi qüvvəsinin təxminən 2 faizinə təsadüf edən 2 min 600 əməkdaşını ixtisar edəcək.

Şirkət mövzu ilə bağlı bugün rəsmi açıqlama yayıb.

Açıqlama bildirilib ki, kimya nəhəngi iki ammonyak zavodu və əlaqədar gübrə zavodları da daxil olmaqla bir sıra zavodu bağlayacaq ki, bu da Almaniyanın Lüdviqshafen şəhərindəki əsas zavodunda 700 iş yerinin ixtisarı deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

“BASF” öz bəyanatında həmçinin qeyd edib ki, qlobal iqtisadiyyatın pisləşməsi 3 milyard avro dəyərində səhmlərin geri alınması proqramının vaxtından əvvəl dayandırılması ilə nəticələnəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et