Alman bankçılıq nəhəngi ingilis konsaltinq firmasını 512 milyon dollara satın alıb | Banco.az

Alman bankçılıq nəhəngi ingilis konsaltinq firmasını 512 milyon dollara satın alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın investisiya bankı “Deutsche Bank” İngiltərədə yerləşən korporativ broker və konsaltinq şirkəti “Numis”i satın alıb.

Banco.az xəbər verir ki, “Deutsche Bank”dan yayılan bəyanata görə, bank Böyük Britaniya və İrlandiyadakı korporativ maliyyə fəaliyyətini Numis ilə birləşdirəcək.

Müqavilə çərçivəsində “Numis”in səhmdarlarına hər səhm üçün 350 penni olmaqla ümumilikdə 410 milyon funt-sterlinq ödəniləcək.

410 milyon funt-sterlinq (512 milyon dollar) dəyərindəki alqı-satqı prosesinin bu ilin son rübündə başa çatdırılması gözlənilir.

Xatırladaq ki, “Numis” şirkəti FTSE 350 indeksinin 20 faizini təmsil edən 64 müştəri də daxil olmaqla 166 müştəriyə strateji məsləhət və korporativ brokerlik xidmətləri göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et