Akvaparklardan sığortalanmaq neçəyədir? | Banco.az

Akvaparklardan sığortalanmaq neçəyədir?

Azərbaycanın sığorta şirkətləri istirahət mərkəzlərində istirahət zamanı baş verə biləcək hadisələrən qorunmaq üçün xidmətlərini təklif edirlər. Yəni akvopark sahibləri istəsələr, burada baş verə biləcək hadisələr zamanı özlərinin müştərilər qarşısında mülki məsuliyyətini sığortalaya bilərlər. Belə ki, istirahət mərkəzləri öz müştəriləri qarşısındakı məsuliyyətini təqribən 1%-2,5% tariflə sığortalaya bilərlər.
“Ata sığorta” şirkətinin anderraytinq və təkrarsığorta departamentinin direktoru Nigar İbrahimova bildirib ki, sığorta haqqının məbləği sığorta ödənişinin maksimal məbləğindən asılıdır. Məsələn, mülki məsuliyyətini 1 milyon manat həcmində sığortalamaq şirkətlərə 1-1,5%-ə, yəni 10-15 min manata başa gələcək. Məsuliyyətini 100 min manat məbləğində sığortalanmaq üçün isə 1000-1500 manat sığorta haqqı ödənilməsi tələb olunur. N.İbrahimovanın sözlərinə görə, akvoparkdakı vəziyyət və obyektin özü barədə geniş məlumatın verilməsi sığorta haqqını azalda bilər. Nəticədə 100 min manatlıq sığorta üçün bu məbləğ 1000 manat ətrafında olacaq. Amma bütün bunlar yalnız o şərtlə həyata keçiriləcək  ki, obyektin ərazisində təhlükəsizlik tədbirləri görülsün.

Beynəlxalq sığorta şirkətinin  Pərakəndə Satışlar şöbəsinin rəhbəri Vüqar İbrahimov bildirib ki, şirkət istirahət mərkəzləri və otelləin mülki məsuliyyətinin sığortalanması üçün məhsullar təqdim edir - bununla bağlı mərkəzlər öz mülki məsuliyyətlərini sığortalaya bilərlər: “Akvopark təqribən 2300 manat ödəməklə mülki məsuliyyətini 100 min manat sığorta ödənişi ilə sığortalaya bilər”. Qeyd edək ki, sığorta haqqının məbləği təqribidir - son məbləğ müştəri ilə tərəfindən müraciət olduqda dəqiqləşdirilir.

Ən sərfəli kredit üçün müraciət et

“Azsığorta” şirkətindən verilən məlumata görə, hotel və ya istirahət mərkəzləri mülki məsuliyətlərini sığortalamaqla müştərinin həm sağlamlığını, həm də əmlakını qorumuş olurlar. Məsələn, əgər müştəri otelin  və ya restoranın vaxtı ötmüş, kefiyyətsiz yeməyi səbəbi ilə zəhərlənirsə, yaxud hovuzda çimərkən boğulursa, yıxılıb bədən xəsarəti alırsa, bu hallar sığortaya aiddir. Digər tərəfdən müştərinin oteldə kimyəvi  təmizləmə verdiyi paltar korlandıqda, saxlama xidmətində əşyası itdikdə və parklama zamanı avtomobilə zərər dəyəndə də kompensasiya verilir. Otelin  bu məsuliyyətinin sığortalanması zamanı onun bu sahədə təcrübəsi və  hazırkı vəziyyəti nəzərə alınır.
Məsələn, 5 il otelçilik sahəsində təcrübəsi olan brend hotel müştərilər qarşısında məsuliyyətini orta hesabla 3000-4000 manat ödəməklə 1 milyon manat məbləğində sığortalaya bilər. Ümumiyyətlə, şərtlərdən aslı olaraq sığorta haqqı sığorta məbləğinin 0,2-1%-i arasında, azadolma məbləği (franşiza) 1000-3000 manat arasında dəyişə bilər. Azadolma məbləği və sığorta haqqının həcmi hotelin və ya istirahət mərkəzinin zərər tarixçəsindən asılıdır. Məsələn, əgər bir oteldə bir il ərzində bir neçə sığorta hadisəsi baş verirsə, onun zərər tarixçəsi artır, bu isə franşizaya və sığorta haqqına təsir edir. Əksər hallarda zərər tarixçəsi, yüksək olan otellər daha baha qiymətə sığortalanır və ya ümumiyyətlə, sığortalanmır.

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et