Aİ liderləri pandemiyadan sonra iqtisadiyyatın bərpası fondu üzrə razılığa gəliblər | Banco.az

Aİ liderləri pandemiyadan sonra iqtisadiyyatın bərpası fondu üzrə razılığa gəliblər

Avropa İttifaqının dövlət və hökumət başçıları 2021-2027-ci illər üçün təşkilatın büdcəsi və koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpası fondu üzrə razılığa gəliblər.

Bu barədə öz "Twitter" səhifəsində Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

Fransa prezidenti Emmanuel Makron "Twitter"də razılığın əldə edilməsini tarixi gün adlandırıb: "Avropa üçün tarixi gün!".

Belçikanın baş naziri Sofi Vilmes bildirib ki, Aİ-nin yeddi illik büdcə planının son kompromis versiyası 1,074 trilyon avro təşkil edir, büdcədənkənar iqtisadiyyatın bərpa fondunun həcmi isə 750 milyard avro səviyyəsində qalıb.

Qeyd edək ki, Avropa İttifaqının 2021-2027-ci illər üçün büdcəsi və koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpası fondu üzrə sammit 5 günə yaxın davam edib.

Ən sərfəli kredit üçün müraciət et

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et