Aİ iqtisadiyyatına təcili dəstək proqramı təsdiqləndi | Banco.az

Aİ iqtisadiyyatına təcili dəstək proqramı təsdiqləndi

Avropa İttifaqı (Aİ) üzv ölkələrinin rəhbərləri arasında 4 saat yarım davam edən videokonfrans zamanı iqtisadiyyata 540 milyard avro məbləğində təcili dəstək proqramı təsdiqləndi.

Liderlər həmçinin Avropa Komissiyasına yaradılacaq müvafiq uzunmüddətli fondla bağlı müddəaları may ayının 6-dək hazırlamağı tapşırıblar.

Mənbələrə görə həmin fondun həcmi 2 trilyon avro məbləğində ehtimal edilir.

Aİ-nin bütün üzv ölkələrinin zəmanətilə vəsait cəlb etmək məqsədi ilə koronabond deyilən dövlətlərarası istiqrazlar buraxmaq fikri bir sıra ölkə, o cümlədən Almaniya və Niderland tərəfindən etirazla qarşılandı. Bununla bağlı Avropa Komissiyası prezidenti Ursula fon der Leyen koronavirus pandemiyasından sonra iqtisadiyyatı dirçəltmək üçün yaxın 2-3 il ərzində Aİ-də üzvlük haqqı ÜDM-nin 1,2 faizindən 2 faizinədək qaldırılacağını bildirib.

Almaniya, habelə İtaliya və İspaniya təşkilatın büdcəsinə daha çox vəsait köçürməyə hazır olduqlarını bildirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Aİ liderləri arasındakı danışıqlar iki həftədən sonra davam etdiriləcək.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et