“AFB Bank” maliyyə göstəricilərini AÇIQLADI | Banco.az

“AFB Bank” maliyyə göstəricilərini AÇIQLADI

“AFB Bank” 2019-cu ilin 1-ci rübünü 111 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,8 dəfə azdır. “AFB Bank” ASC 2018-ci ilin 1-ci rübünü 5 milyon 191 min manat xalis mənfəət ilə başa vurmuşdu. 

“AFB Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 373 milyon 531 min manat təşkil edib. Bankın maliyyə hesabatına görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 19,9% azdır.

“AFB Bank”ın aktivlərinin 162 milyon 820 min manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 4,9% kiçilib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə “AFB Bank”ın cəmi öhdəlikləri 27,6% azalaraq 285 milyon 480 min manata, o cümlədən depozit portfeli 35,4% azalaraq 161 milyon 69 min manata düşüb, Bankın cəmi kapitalı isə 22,4% artaraq 88,05 milyon manata çatıb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 milyon 394 min manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Tahir Cəmil oğlu Muradova ("Gilan Holdinq"in İH-nin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et