“AccessBank” ötən ili mənfəət ilə başa vurdu | Banco.az

“AccessBank” ötən ili mənfəət ilə başa vurdu

“AccessBank” 2016-cı ilin 31 dekabr tarixinə maliyyə nəticələrini açıqlayıb.

Banco.az bankın hesabatlarına əsasən xəbər verir ki, sözügedən dövrdə bankın aktivlərinin həcmi 1 mlrd. 58 mln. 871 min 715 manat olub. Bu da, keçən ilin üçüncü rübü ilə müqayisədə 4,7 mln manat artım deməkdir.  

Qeyd edək ki, 2015-ci ilin sonunda bankın cəmi aktivləri 1 mlrd. 188 mln. 797 min 945 manat olub.

4-cü rübdə bankın kredit portfeli 598 mln. 794 min 432 manat təşkil edib. 

“Accessbank”ın depozit portfeli 284 mln. 846  min 450 manat olub ki, bu da ötən ilin sentyabr göstəriciləri ilə müqayisədə 6%-ə yaxın artım olduğunu göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Danışılan dövrdə bankın cəmi kapitalı 52 mln. 460 min 537 manat olub. 

Bank ili mənfəət ilə başa vurub. Ötən ilin dekabrında bankın mənfəəti 33 mln. 669 min 940 manat təşkil edib.

Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini «AccessBank» olaraq davam etdirib. Bank qısa müddət ərzində sürətlə inkişaf edib və nəticədə böyük nailiyyətlər əldə edib. 

Ən sərfəli krediti almaq üçün müraciət et