ABŞ-ın gündəlik neft istehsalı rekord həddə çatıb | Banco.az

ABŞ-ın gündəlik neft istehsalı rekord həddə çatıb

ABŞ-ın sutkalıq neft hasilatı rekord həddə çatıb.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın gündəlik xam neft hasilatı 11,6 milyon barrelə çatıb. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

EIA-ya görə, ABŞ-ın gündəlik neft istehsalı gələn il 1 milyon 160 min barrel artaraq 12 milyon 60 min barrel olacaq. ABŞ-ın Enerji İnformasiya Administrasiyası daha əvvəl 2019-cu ildə Birləşmiş Ştatlarda neft hasilatının gündəlik 1 milyon 20 min barrel artacağını proqnozlaşdırırdı.

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən, ABŞ dünyanın ən böyük xam neft istehsalçı ola bilər.

EIA-nın oktyabr ayı üzrə proqnozuna görə isə ABŞ-ın xam neft istehsalının bu il sutkalıq orta hesabla 10,7 milyon barrel, gələn il 11,8 milyon barrel olacağı gözlənilir.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et