ABŞ-da işsizlik müavinətinə müraciət edənlərin sayı gözlənilmədən azalıb | Banco.az

ABŞ-da işsizlik müavinətinə müraciət edənlərin sayı gözlənilmədən azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlərdə sürpriz azalma müşahidə olunub.

Banco.az xəbər verir ki, cümə axşamı günü ABŞ Əmək Nazirliyinin açıqladığı məlumatlara görə, işsizlik müavinəti üzrə ilkin müraciətlər 3 min nəfər azalaraq 192 minə geriləyib. 

Ekspertlərin gözləntisi isə orta hesabla 200 min idi.

Digər tərəfdən, bir həftə və ya daha çox müddətə işsizlik müavinəti almış insanları da əhatə edən davam edən müraciətlər isə 11 fevralda başa çatan həftəni 37 min nəfər azalma ilə başa vurub. 1,65 milyona düşən müraciətlər ötən ilin dekabr ayından bəri ən böyük geriləməyə imza atıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, əmək bazarı məşğulluq səviyyəsinin artması, işsizliyin azalması və milyonlarla vakant iş yeri nəzərə alınmaqla öz gücünü saxlayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et