2023-cü ildə Azərbaycan "Avro-5" standartlı benzin istehsalına başlayacaq | Banco.az

2023-cü ildə Azərbaycan "Avro-5" standartlı benzin istehsalına başlayacaq

Heydər Əliyev adına Neft Emalı Zavodunda 2021-ci il ərzində həyata keçirilmiş tədbirlər nəticəsində neft emalının dərinliyi 94,4 faiz təşkil edib, əmtəəlik neft məhsullarının 74 faizi daxili bazara, qalan 26 faizi isə ixraca yönəldilib.

Bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilib.

Zavodda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində “Avro-5” standartlarına uyğun dizel yanacağının 2022-ci ildə, benzin yanacağının isə 2023-cü ildə istehsalı nəzərdə tutulub.

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et