2018-ci ilin ən çox satılan smartfonları bəlli oldu | Banco.az

2018-ci ilin ən çox satılan smartfonları bəlli oldu

2018-ci ilin ən çox satılan telefonları müəyyən olundu. Apple-ın 10-cu il üçün buraxdığı xüsusi iPhone modeli iPhone X, bütün tənqidlərə baxmayaraq ilin ən çox satılan smartfonu olmağı bacardı. 

Beynəlxalq araşdırma şirkəti Counterpoint Research 2018-ci ildə dünyada və Çin bazarında ən çox satılan smartfon modellərini elan etdi. Apple'ın 10 illik xüsusi telefonu iPhone X, 2018-ci il üzrə ən çox satılan ağıllı telefon oldu. Qlobal smartfon bazarına baxdığımızda ilk üç sırada iPhone X, iPhone 8 və iPhone 8 Plus-un olduğunu görürük. İlk 10 telefon arasında 6 fərqli iPhone modelinin iştirak etməsi, Apple üçün 2018-ci ilin heç də pis keçmədiyini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Çinə baxdığımızda isə yerli markaların hakimiyyəti gözə dəyir. Çində satılan ilk 10 smartfondan 8-i yerli marka tərəfindən istehsal edilir. İstehlakçıların da təəccübünə səbəb olan vəziyyət Huawei'nin heç bir modelinin nə qlobal nə də Çində ən çox satılan smartfonlar arasında yer almaması oldu. Şirkətin çeşidli məhsul rəngarəngliyinə sahib olması, tək bir modelin önə çıxmasına əngəl olduğunu söyləmək olar.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et