2-ci rübdə “PAŞA Bank”ın müştərilərə verdiyi kreditlər 132 milyon manatdan çox artıb | Banco.az

2-ci rübdə “PAŞA Bank”ın müştərilərə verdiyi kreditlər 132 milyon manatdan çox artıb

2019-cu ilin 2-ci rübündə “PAŞA Bank Azərbaycan”ın müştərilərə verdiyi cəmi kreditlər 132 milyon 425 min manat artaraq 30 İyun 2019-cu il tarixində 1 milyard 402 milyon 114 min manat çatıb.

Ötən ilin sonunda “PAŞA Bank”ın müştərilərə verdiyi cəmi kreditlər 1 milyard 320 milyon 893 min manata çatmış, lakin ilk rübdə 51 milyon 204 min manat azalaraq 1 milyard 269 milyon 689 min manata düşmüşdü.

Ən sərfəli kredit üçün müraciət et

HƏMÇİNİN OXU: “PAŞA Bank”ın mənfəətində ikiqat artım

Ötən ilin İyun ayının sonu ilə müqayisədə isə Bankın müştərilərə verdiyi cəmi kreditlər 364 milyon 878 min manat artıb. 30 İyun 2018-ci il tarixində “PAŞA Bank”da müştərilərə verilən cəmi kreditlər 1 milyard 37 milyon 236 min manat təşkil etmişdi.

Ən sərfəli krediti almaq üçün müraciət et