1 trilyon dollarlıq bazar dəyərini keçən ŞİRKƏTLƏR | Banco.az

1 trilyon dollarlıq bazar dəyərini keçən ŞİRKƏTLƏR

Tamara Mustafayeva, Banco.az

Səhər xəbər verdiyimiz kimi, ilk dəfə 2012-ci ildə 104 milyar dollar ilə birjaya daxil olan sosial media nəhəngi "Facebook" bazar ertəsi reallaşan birja bağlanış əməliyyatlarına görə 1 trilyon dollarlıq bazar dəyərini üstələyib. Bununla da, şirkət trilyonluq bazar dəyərinə çatan sayca beşinci Amerikalı müəssisə ünvanını qazanıb. 

Qeyd edək ki, şirkətin təsisçisi və CEO-su Mark Zuckerbergin sərvəti də bu hadisədən sonra 5 milyard dollar artmaqla ümumilikdə 128 milyard dollara çatıb. Bu isə öz növbəsində Zuckerbergi dünyanın ən varlı dördüncü şəxsinə çevirib.

İndi isə gəlin trilyonluq bazar dəyəri olan nəhəng şirkətləri tanıyaq:

  • Apple - 2 trilyon 249 milyard dolar
  • Microsoft - 2 trilyon 24 milyard dollar
  • Amazon - 1 trilyon 727 milyard dollar
  • Alphabet Inc - 1 trilyon 668 milyard dollar
  • Facebook - 1 trilyon 8 milyard dollar

Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəsmi neft şirkəti "Saudi Aramco"nun da 1 trilyon 869 milyard dollarlıq bazar dəyəri mövcuddur. Ancaq şirkətin səhmlərinin çox kiçik bir hissəsi birjada icra edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et