Xəzinədar (Xaçmaz) | Banco.az
FINCA Azerbaijan

Xəzinədar (Xaçmaz)

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı XAÇMAZ filialı üçün Xəzinədar vəzifəsinə işçi axtarışı elan edir. Xəzinədar “FINCA Azerbaijan”-ın müştərilərinə kreditin verilməsində birbaşa iştirak edəcək və onlardan ödənişləri qəbul edərək bank hesabına köçürəcək.

Namizədlər üçün tələblər: 

Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır);

Nəğd pulla intensiv işləmə bacarığı;

Gərgin iş qrafikində işləmək bacarığı;

Microsoft Office proqramlarını bilmək və sürətli çapetmə bacarığı;

Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;

İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;

İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

 

 Xahiş edirik, öz tərcümeyi-halınızı (CV)  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№601/14) qeyd etməklə göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et