Texniki dəstək şöbəsinin Mütəxəssisi | Banco.az
Bank BTB

Texniki dəstək şöbəsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Bank “BTB” ASC İT departamentinin Texniki dəstək şöbəsinin Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Texniki dəstək şöbəsinin Mütəxəssisi

İş barədə məlumat:

  • Bankın struktur bölmələrində proqram və texniki vasitələrin istismarı zamanı ortaya çıxan problemləri həll edir və bu problemlərin həllində onlara köməklik göstərir.
  • Proqram və texniki vasitələrin işlək vəziyyətdə olması və işin ahənginin pozulmaması üçün məsuliyyət daşıyır.
  • Proqram və texniki vasitələrin İT departamentinin qaydalarına və prosedurlarına uyğun olaraq quraşdırır və bankın struktur bölmələrinə təhvil verir.
  • Proqram və texniki vasitələrin quraşdırılmasında ıştirak edir.
  • İT “Help Desk”-də bankın struktur bölmələrində ortaya çıxan problemlərin qeydiyyatını aparır, problemlərin həlli yollarını tapır, çətinliklərlə rastlaşdıqda departamentin başqa şöbələrinin mütəxəssislərini cəlb edir.

 

Namizədə tələblər:

  • ali təhsili;
  • ingilis və rus dili bilikləri;
  • sərbəst düşünmə və qərar vermə qabiliyyəti;
  • kompüter texnologiyaları sahəsində biliklərə malik olmalı;
  • kollektivdə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni azərbaycan dilində 31 May, 2019–ci il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Texniki dəstək şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et