Təlim və Heyətin İnkişafı üzrə Menecer | Banco.az
Azkredit

Təlim və Heyətin İnkişafı üzrə Menecer

Vakansiya haqqında məlumat: 

“Vijn Fond AzərKredit” MMC İnsan Resursları departamentinə Təlim və Heyətin İnkişafı üzrə Menecer vəzifəsinə işçi qəbulunu elan edir.

“Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. 
İR Departamentinin Direktorunun nəzarəti altında işləyərək seçilən namizəd təlim proqramlarının yaradılması və həyata keçirilməsi, həmçinin işçilərin karyera inkişafına nəzarət sahələri üçün məsuliyyət daşıyacaq. Təlim və İnkişaf Meneceri işçilərin fəaliyyət nəticələri üçün ölçüləri müəyyən edir, onların məhsuldarlığını qiymətləndirir və işçilərin AzərKredit təşkilatı daxilində uzun müddətli karyera planları qurmasına yardım edir.

İş yeri AzərKredit təşkilatının Baş Ofisində olacaq.

Əsas vəzifə və öhdəlikləri:

• Vəzifə analizi, qiymətləndirmə mexanizmləri və filial/regional menecerlər ilə mütəmadi aparılan məsləhətləşmələr vasitəsilə AK əməkdaşlarının təlim və inkişaf ehtiyaclarını müəyyən etmək;
• Həm AK-nin, həm də işçinin fərdi ehtiyacları əsasında təlim və inkişaf proqramları hazırlamaq;
• AzərKredit Təlim Akademiyasının fəaliyyətlərini idarə etmək;
• Təlim və ya inkişaf proqramlarına edilən investisiyaların özünü doğrultması getdikcə daha da əhəmiyyətli olduğu üçün planlaşdırılan proqramların smetalarını təhlil etmək və büdcə daxilində fəaliyyət göstərmək;
• İşə yeni qəbul olunan işçilər üçün tanışlıq sessiyaları keçirmək və iş yerində təlimlər aparmaq;
• Təlimçilərin effektivliyini və təlim proqramlarının effektivliyini qiymətləndirmək, təkmilləşmə üçün tövsiyələr vermək;
• İşçilər üçün davamlı texniki təlimlər və fərdi inkişaf kursları təşkil etmək və ya keçirmək;
• İşçilər üçün təlim kitabçaları və materiallarını hazırlamaq, multimedia əyani vəsaitləri və digər tədris materiallarını hazırlamaq;
• Departamentlər və ümumilikdə təşkilat üçün təlim büdcəsi təklif etmək;
• Təşkilat daxilində keçirilən təlimlər üçün materiallar hazırlamaq;
• Təlim və inkişaf proqramlarının keçirilməsini koordinasiya etmək;
• AzərKredit təşkilatının təlim strategiyasının formalaşdırmaq;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Ali təhsil;
• Azərbaycan Respublikası Əmək Məcəlləsini mükəmməl bilmək;
• Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (maliyyə təşkilatında olması daha arzuolunandır);
• Azərbaycan və İngilis dilini səlis bilmək (yazılı və şifahi), Rus dilini bilməsi arzuolunandır;
• Kompüter istifadə etmək bacarığı (Outlook, MS Word), MS Excel proqramını mükəmməl bilməsi tələb olunur;
• İqtisadi, maliyyə və kredit mövzuları ilə yaxından tanışlıq;
• Güclü təşkilati bacarıqlar;
• Güclü ünsiyyət və danışıq aparmaq bacarığı;
• Vəzifələrin icrası üçün çalışqan olmaq;
• Komanda daxilində işləmək istəyi və bacarığı;
• Çox sayda tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı;
• Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, İşə qəbul anketini dolduraraq 01 may 2015-ci il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər. E-məktubunuzun mövzu hissəsində ‘TSDM’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]  Fax: (+994 12) 597 30 39   www.azercredit.az

Ən sərfəli krediti almaq üçün müraciət et