Kapital Bank
Şəbəkənin optimallaşdırılması şöbəsinin mütəxəssisi
Vakansiya haqqında məlumat:
Öhdəliklər
- Filial şəbəkəsinin optimallaşdırılması üzrə nəzərdə tutulan iri layihələrin həyata keçirilməsi;
- Filialların satış və xidmət üçün uyğun ərazidə yerləşməsının təmin edilməsi;
- Yeni yaradılan filiallarda müştərilərə xidmətdə, dizaynda, kadr üzrə, proqram təminatı üzrə, marketing və s. üzrə qəbul olunmuş standartlaşdırmanın təmin olunması;
- Filialda işçilər üçün yaradılan, müştərilər üçün təklif olunan şəraitin yüksək səviyyədə olmasının təşkili;
- Filial şəbəkəsinin optimallaşdırılması üzrə tez-tez yeni layihələr hazırlayıb rəhbərliyə təklif edilməsi, bəyənilmiş təkliflərin icrasının əlaqədar departamentlərlə həyata keçirilməsi.
Tələblər
- Ali iqtisadi və ya hüquq təhsili;
- Filial sahəsində minimum 2 il təcrübə;
- Bank qanunvericiliyinə bələdlik;
- Bazarı təhlil qabiliyyəti;
- Filialdaxili proseslər haqqında məlumatlılıq;
- MS Office-dən istifadə bacarığı;
- Mükəmməl Azərbaycan dili biliyi (ingilis və rus dillərini bilən namizədlərə üstünlük verilir)
- Regionlara ezamiyyətə getmək imkanına malik olma.
Xüsusi bacarıqlar
- İşə yaradıcı yanaşma;
- Çeviklik və ünsiyyətcillik;
- Məsuliyyətlilik və dəqiqlik;
- Komanda işini bilən.
Vakansiyaya müraciət etmək üçün bura daxil olun - http://www.kapitalbank.az/az/karyera/