Satış (Kredit) bölməsinin mütəxəssisi | Banco.az
Kapital Bank

Satış (Kredit) bölməsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri aşağıdakı filiallara Satış bölməsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Bakı, Salyan, Neftçala, Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Şirvan, Bərdə, Tərtər, Goranboy, Qəbələ, Yevlax, Mingəçevir, Xaçmaz, Quba, Şabran

 

Öhdəliklər

  • Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
  • Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
  • Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
  • Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
  • Vəzifə təlimatı çərçivəsində rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək;

 

Tələblər

  • Ali iqtisadi və ya riyazi təhsil
  • Analitik düşüncə
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
  • Əla ünsiyyət bacarıqları
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti

 

CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və "Satış bölməsi" başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!

Ən sərfəli krediti almaq üçün müraciət et