Satınalma üzrə Mütəxəssis | Banco.az
Kapital Bank

Satınalma üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentində Satınalma üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Satınalmaların təşkili və tələbolunan sənədləşmə işlərinin aparılması;
  • Satınalma ilə bağlı hesabat, təqdimat, müqaviləvə s. sənədlərin hazırlanması;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Ali iqtisadi təhsil;
  • İT Sahəsi üzrə məlumatların olması üstünlük təşkil edir;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
  • Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
  • Əla səviyyədə Azərbaycan və Rus dili biliyi;
  • Satınalma sahəsində 2-3 illik iş təcrübəsi;
  • Yüksək səviyyədə MS Excel və MS Word biliyi.

Müraciət üçün mail ünvanı : [email protected] 

Ən sərfəli krediti almaq üçün müraciət et