Qeyri-kredit məhsullarının satışı şöbəsinə baş mütəxəssis | Banco.az

Qeyri-kredit məhsullarının satışı şöbəsinə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC Satış Departamentində Qeyri-kredit məhsullarının satışı şöbəsinə baş mütəxəssis vakansiyası elan edir.

İşin təsviri:

  • Bankın qeyri-kredit məhsullarının satışı üzrə layihələrin hazırlanması və aparılması;
  • Əməliyyatçı-xəzinədarların satış potensialının inkişaf etdirilməsi;
  • Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi;
  • Biznesin strateji planlaşdırılmasında və planın icrasında iştirak edilməsi;
  • Əməliyyatçı-xəzinədarların fəaliyyətlərinə nəzarət mexanizmlərinin gücləndirilməsi;
  • Filiallarda satış üzrə biznes proseslərin optimallaşdırılması;
  • Filialların qarşısına qoyulmuş planların icrasına nəzarət edilməsi;
  • Kommunal ödənişlərin Bankın filial və şöbələri vasitəsilə həyata keçirilməsinin stimullaşdırılması məqsədilə müvafiq təkliflərin hazırlanılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsili;
  • İngilis və Rus dillərində yüksək səviyyədə biliyin olması;
  • Stres altında işləmə qabiliyyəti;
  • Problem həll etmək, operativ işləmək, qərarvermə, analitik təhlil və yüksək təqdimat bacarıqlarına sahib olmaq;
  • Sözü gedən sahədə minimum 2 illik iş təcrübəsi;
  • Kompyuterdə Microsoft Office Word, Excel, Outlook, Powerpoint, Adobe Acrobat kimi proqramlarında işləyə bilmək bacarığının olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 sentyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Qeyri-kredit məhsullarının satış şöbəsinə baş mütəxəssis” yazmağınız xahiş olunur. Əks təqdirdə mövzu hissəsi boş qalan namizədlərin müraciətinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et