Proseslərin idarə edilməsi üzrə əməkdaş | Banco.az
Yapı Kredi Bank Azərbaycan

Proseslərin idarə edilməsi üzrə əməkdaş

Vakansiya haqqında məlumat: 

 

Proseslərin idarəedilməsi üzrə əməkdaş

Tələblər:

  • Bank sahəsində ən azı 2 il iş təcrübəsi;
  • İqtisadiyyat, biznesin idarəedilməsi və İT sahəsi üzrə ali təhsil;
  • İngilis, türk, rus dili biliklərinə üstünlük verilir;
  • Ofis proqramlarında işləmək bacarığı;
  • Bank proseslərinin iş axışları, bank qanunvericiliyi barədə məlumatlı olmaq;
  • Məlumatı toplamaq və təhlil etmək bacarığı / Analitik düşüncə / Təqdimetmə bacarığı / Komanda ilə işləyə bilmək.

Cavabdehlik:

  • Bankın iş axışlarının sənədləşdirilməsi;
  • Bank proseslərinin yerli qanuvericilik ve struktur bölmələrin tələbləri əsasında yazılması;
  • İT qrupları ilə birlikdə kiçik istək/Orta ölçülü layihə/ Böyük ölçülü layihə sinifləşdirməsini həyata keçirmək;
  • Qanunvericiliyəriayət üzrə proses dəyişikliklərində təşəbbüslə çıxış etmək, dəyişikliyin banka təsir təhlilini bankın strukturlarının dəstəyini alaraq aparmaq və texniki dəyişikliklər üçün IT ilə koordinasiyalı planlaşdırma işlərini həyata keçirmək;
  • Orta və böyük ölçülü sistem tələblərini “business hub” prinsipinə uyğun yaratmaq (ətraflı proses təhlili, biznes qərarları, digər layihə və proseslərlə qarşılıqlı əlaqələr, müştəri və satış/əməliyyata olan təsirlərini təhlil etmək);
  • Məsul olduğu prosedur sənədləri üçün, “business impact” - in və “business case” - in yaradılaraq, layihələrin təsir etdiyi  struktur bölmələrin digər tələblərini gözdən keçirmək və bir-biri ilə olan əlaqələrini müəyyənləşdirmək;
  • Sistem səlahiyyət qruplarını istifadəçilərə vermək/ləğv etmək, istifadəçi yaratmaq / dəyiştirmək /silmək, səlahiyyət qrupu yaratmaq/dəyiştirmək/silmək

CV-lərinizi [email protected] ünvanına göndərmənizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et