Proseslərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi | Banco.az
AFB Bank

Proseslərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Proseslərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Proseslərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi


İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • İnformatika, riyazi və ya iqtisadi sahədə ali təhsil;
  • Sərbəst azərbaycan dili, orta səviyyədə rus və ingilis dili biliyi;
  • Fərdi və komanda tərkibində işləmək qabiliyyəti;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Biznes proseslərini təhlil etmə, qiymətləndirmə və modelləşdirmə bacarığına malik olmaq;
  • Güclü ünsiyyət qurma bacarığı, MS Office – Excel bilikləri.

 

İŞİN TƏSVİRİ:

  • Proseslərin, bankdaxili təlimat və qaydaların tətbiqi ilə əlaqədar xronometrajlar keçirmək;
  • Bankdaxili təlimat və qaydaların hazırlanması işini təşkil etmək, struktur bölmələr arasında koordinasiyanı həyata keçirmək;
  • Bankdaxili təlimat və qaydaların reyestrini hazırlamaq, monitorinqini həyata keçirmək;
  • Proseslərin qiymətləndirilməsini, effektivliyinin ölçülməsini, layihələndirilməsini, monitorinqini və nəzarətini həyata keçirmək;
  • Proseslərin təyin edilmiş ardıcıllığına əsasən iş və məsuliyyət bölgüsünün müəyyənləşdirilməsi və daxili qaydalarla tənzimlənməsini təmin etmək;
  • Bankda yeni tətbiq olunacaq məhsul və xidmətlərlə bağlı struktur bölmələr tərəfindən daxil olan sifarişlər əsasında biznes proseslərini müəyyənləşdirmək, blok-sxemlərini hazırlamaq;
  • Proseslərə sərf edilən zamanın azaldılmasını və çevikliyini, həmçinin proseslərin şəffaflığını təmin etmək;
  • Proseslərdə keyfiyyətin qiymətləndirilməsi üçün indikatorlar müəyyən etmək, həmçinin keyfiyyətin səviyyəsini dəyərləndirmək;

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Proseslərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et