Problemli Kreditlərin idarə edilməsi üzrə Menecer (Şəki filialı) | Banco.az

Problemli Kreditlərin idarə edilməsi üzrə Menecer (Şəki filialı)

Vakansiya haqqında məlumat: 

“İnkişaf üçün Maliyyə” MMC Bank Olmayan Kredit Təşkilatı

BOKT "İnkişaf üçün Maliyyə" MMC Şəki filialına Problemli Kreditlərin idarə edilməsi üzrə Menecer vəzifəsinə işçi qəbulu elan edir.

Namizədə dair tələblər:

• Ali təhsil (Maliyyə/iqtisadi)
• Azərbaycan dili biliyi
• Məsuliyyətli, dürüst və dəqiq; 
• Yüksək ünsiyyətqurma bacarığı;
• Öyrənməyə həvəsli;
• MS Office proqramlarında işləmək bacarığı.

Əsas vəzifə öhdəlikləri:

• Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, daxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görmək;
• Gecikmədə olan borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığını təmin etmək;
• Məhkəmyə qədər borcların qaytarılması istiqamətində qanunauyğun təsir tədbirlərindən istifadə etmək;
• Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərmək.

İş üçün ərizələri/müraciətləri 20 iyul 2016-cı il tarixinədək aşağıdakı vasitələrdən biri ilə göndərə və ya telefonla edə bilərsiniz:

1. Şəki şəhər Sabit Rəhman küçəsi (Avtobazanın yanı) ünvanda filial ofisinə yaxınlaşmaqla;
2. Telefon vasitəsilə: Şəki: (994 24) 277 13 11; Mobil: (050) 246 35 89; 
Bakı: (994 12) 492 77 63;  
3. Elektron poçt: [email protected]

Qeyd: CV-nizi təqdim edən zaman müraciət etdiyiniz müvafiq regionu və vəzifəni qeyd edin.

Şirkət: 
İnkişaf üçün Maliyyə MMC BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et