Problemli kreditlər üzrə mütəxəssis (Gəncə regionu) | Banco.az

Problemli kreditlər üzrə mütəxəssis (Gəncə regionu)

Vakansiya haqqında məlumat: 

Vəzifə: Problemli kreditlər üzrə mütəxəssis (Gəncə regionu üzrə)    

İşə götürən - Kredaqro      

Yüksək əmək haqqı və əlavə rüblük bonus da verilir.

Vəzifəyə olan tələblər:

  • Ali təhsilli olması,    
  • Bank sistemində və yaxud qeyri bank sisteminde azı 1 il iş stajı    
  • Kollektivdə işləmək qabiliyyəti   
  • Maliyyə hesabatlarını tərtib etmək, onları təhlil etməyi bacarmaq, kredit sifarişini   düzgün qiymətləndirmək və tövsiyyələr vermək üçün düzgün qərar qəbul etmək;    
  • Riyaziyyat, iqdisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər    
  • MS Office proqramında işləmək bacarığı    
  • Azərbaycan dilini mükəmməl bilmək 

Əsas vəzifə və öhdəlikləri:       

  • İcraatında olan problemli kreditlərin məhkəmədən kənar qaydada ləğv edilməsi və problemli kreditlərin normallaşdırılması üçün tədbirlər həyata keçirir:    
  • Mümkün əlaqə vasitələrindən, o cümlədən telefon vəya ünvana getməklə borclu/müştəri ilə, zaminlə və ya kreditin təminatı qoyan ilə əlaqə saxlayır;  
  • Borclunun və ya mülkiyyətçinin axtarılmasını və yerinin müəyyən olunması üçün mümkün tədbirləri həyata keçirir;    
  • Zəruri olduqda borclunun və işlə əlaqədar digər şəxslərin axtarılmasını həyata keçirir    
  • Problemli kreditlər üzrə bütün sənədlərin (kredit,zaminlik,girov, ipoteka və s. müqavilələr,  iş və yaşayış yerinə haqqında arayışlar, qəbzlər, və s.) təhlilini aparır           

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et