Problemli kreditlər şöbəsinin hüquqşünası | Banco.az

Problemli kreditlər şöbəsinin hüquqşünası

Vakansiya haqqında məlumat: 

 

Problemli kreditlər şöbəsinin hüquqşünasına dair tələblər

• Ali hüquq təhsili;
• Vəkillik lisenziyasının olması;
• Problemli kreditlər sahəsində hüquqşünas kimi ən azı 2 illik iş təcrübəsi;
• Namizədin öyrənmək bacarığı olmalıdır;

Əla bilməlidir:

 Azərbaycan və rus dillərini;
 Azərbaycan Respublikasının Mülki və Mülki-prosessual qanunvericiliyini;
 Kompüterdə iş üzrə praktiki bacarıqları: Windows, MS Office və s.

Şəxsi keyfiyyətlər:

• Düzgün
• Professional
• İşgüzar
• İntizamlı
• Ünsiyyətcil
• Eyni anda bir neçə məsələni həll edə bilən
• Təşəbbüskar
• Məsuliyyətli

Öhdəlikləri:

 Şirkətin maraqlarını müdafiə etmək məqsədilə Şirkətin hüquq-mühafizə və digər orqanlarda təmsil edilməsi; bütün prosessual sənədlərin hazırlanması və vizalanması;
 Şirkətin maraqlarını müdafiə etmək məqsədilə Şirkətin ümumi yurisdiksiya və arbitraj məhkəmələrində təmsil edilməsi, bütün prosessual sənədlərin hazırlanması və vizalanması;

 Şirkətin xeyrinə qəbul edilmiş qərarların icrasında və həmçinin məcburi icrasında iştirak etmək;
 İddia işlərinin keyfiyyətinin təhlil edilməsi və rəhbərlik qarşısında Şirkətin fəaliyyətinin təkmilləşdirilməsi barədə sualların qoyulması məqsədilə məhkəmə işlərinin nəticələrinin ümümiləşdirilməsi;
 İddiaların, tələblərin, iddialara və tələblərə olan rəylərin və iddia işi ilə əlaqədar digər sənədlərin sistemli uçotu və saxlanması;
 İddia işlərinin səmərəliliyi;
 Verilmiş iddiaların sayının sistematik uçotu, işlərə baxılma mərhələlərinin uçotu, məhkəmə iclaslarında vaxtlı-vaxtında iştirak və s., iddia işlərinin nəticələrinin uçotu;
 Vəzifələrini vaxtında və keyfiyyətli yerinə yetirmək;
 Şirkətdə iddia işlərinin aparılması;
 Digər vəzifələrin yerinə yetirilməsi.

E - mail : az.hr@molbulak.com

Şirkət: 
Molbulak

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç