Partnor şəbəkəsinin inkişafı şöbəsinin aparıcı mütəxəssisi/kiçik mütəxəssisi | Banco.az
Nikoil Bank

Partnor şəbəkəsinin inkişafı şöbəsinin aparıcı mütəxəssisi/kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Pərakəndə biznes məhsulların satışı departamentinin Partnor şəbəkəsinin inkişafı şöbəsinin aparıcı mütəxəssisi/kiçik mütəxəssisi

Öhdəliklər:

• Pərakəndə bank məhsullarının satışını həyata keçirmək üçün yeni partnyorların cəlb olunması;
• Partnyorlar ilə danışıqlar aparmaq, onları əməkdaşlıq etməyə dəvət etmək və müştəri bazasını artırmaqdır
• Potensial partnyor müəssisələrin rəhbərləri və əməkdaşları ilə görüş, təqdimatlar keçirmək 
• Partnyorların istəyinə əsasən təkliflər hazırlamaq; 
• Yeni cəlb olunmuş partnyorlara terminalların yerləşdirilməsi üzrə təklif vermək;
• Pos ekvayrinq xidmətinin təşkilini həyata keçirmək üçün Partnyor müəssisə və sahibkarların cəlb olunması
• Məhsulu partnyorların satış nöqtəllərində tanıtmaq, təlabat yaratmaq və satışını təşkil etmək;
• Məhsul üzrə prezentasiyaların hazırlanmaq və keçirtmək 
• Cəlb etdiyi partnyorlar ilə sıx və yüksək səviyyəli münasibətlər qurmaq və partnyorun məmnuniyyətini təmin etmək;
• Cəlb etdiyi partnyorların uçotunu aparmaq.
• Mövcud partnyorlar ilə əlaqələrin genişləndirilməsi 
• Məhsullarının təyinatını və xüsusiyyətlərini potensial partnyorlara çatdırmaq. 
• Partnyor şəbəkəsində yaranan problemlərin aradan qaldırılmaq;
• Rəhbərliyin təyin etdiyi satış hədəflərini yerinə yetirmək

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.

Tələblər:

• Ali Təhsil bakalavr və ya magistr dərəcəsi;
• Azərbaycan dili və Rus dili əla, İngilis dilinin yaxşı səviyyədə olması arzuolunandır;
• MS Office məhsulları üzrə bilik;
• Satış taktikalarına bələd olmaq,yaradıcı və operativlilik;
• Təzyiqə davamlı;
• Yüksək etibarlı, təmkinli, etik
• 20-32 yaş arası
• Bu sahə üzrə minimum 1 il iş təcrübəsi (aparıcı/baş mütəxəssis olduğu halda)

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, cv@nikoil.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç