Nəzarət şöbəsinin rəhbəri | Banco.az
Bank BTB

Nəzarət şöbəsinin rəhbəri

Vakansiya haqqında məlumat: 

 

Bank “BTB” ASC Nəzarət şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir.

Nəzarət şöbəsinin rəhbəri

 

İş barədə məlumat:

  • Şöbəyə daxil olan bütün sənədlərin vaxtında icra olunmasını təmin edir.
  • Müştərilərlə aparılan bütün növ kassa-hesablaşma əməliyyatlarının düzgün aparılmasına nəzarəti həyata keçirir, onları yoxlayır və avtorizasiya edir.
  • Müştərilərə göstərilən bank xidmətləri üzrə komissiyaların mövcud tarif dərəcələrinə uyğun tutulmasına nəzarət edir.
  • Köçürmə əməliyyatları üzrə məlumatları yoxlayır və avtorizasiya edir.
  • Müştərilərin kredit dosyelərinin aparılması, sənədlərin bankdaxili qaydalara uyğun toplanması və hazırlanmasını təşkil edir.
  • Çirkli pulların yuyulmasına və FATCA üzrə nəzarəti həyata keçirir və hesabatları  hazırlayır.
  • Müştəri hesabları üzrə aparılan  bütün  əməliyyatların qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun aparılmasına nəzarət üçün tam məsuliyyət daşıyır.
  • Bankdaxili qaydaların tələblərinə uyğun olaraq, filialın Nəzarət şöbəsi  rəhbərinə aid digər vəzifələri həyata keçirir.

 

 Namizədə tələblər:

  • Ali iqtisadi təhsil,
  • bank sektorunda ən azı 3 il iş təcrübəsi,
  • liderlik bacarıqları;
  • MS office proqramında işləmək bacarığı,

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 11 Iyul, 2019-cu il tarixinədək [email protected]   elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Nəzarət şöbəsinin rəhbəri  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et