Vakansiya haqqında məlumat:
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Mühasib köməkçisi vəzifəsinə işçi axtarışı elan edir.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil (riyaziyyat, mühasibat və maliyyə arzuolunandır);
- Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (rus dili və inglis dili arzuolunandır);
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Mühasib köməkçisi” qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.
Şirkət:
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı