Mikrokreditlər bölməsinin rəhbəri | Banco.az
Kapital Bank

Mikrokreditlər bölməsinin rəhbəri

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Mingəçevir rayon filialları üzrə Mikrokreditlər bölməsinin rəhbəri vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək
  • Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək
  • Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq
  • Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
  • Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq
  • Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək
  • İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
  • Görülmüş işlər üzrə hesabatlar vermək.

Tələblər

  • Sərbəst işləmə qabiliyyəti
  • Yüksək ünsiyyətqurabilmə qabiliyyəti
  • Savadlı nitq və peşəkar kommunikasiya qurmaq bacarığı
  • Etik qaydalara uyğun davranışa sahib olan
  • İşgüzar ünsiyyət və təhlil etmə bacarığı
  • Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
  • Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
  • Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Satış bacarığı;
  • Tələb olunan sahə üzrə minimum 3 il iş stajı

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, [email protected] elektron ünvanına “Mingəçevir rayon filialları üzrə Mikrokreditlər bölməsinin rəhbəri” başlığı ilə müraciət edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et