Məlumat Bazası üzrə Mütəxəssis (Ağdam) | Banco.az
Azkredit

Məlumat Bazası üzrə Mütəxəssis (Ağdam)

Vakansiya haqqında məlumat: 

“Vijn Fond AzərKredit” MMC Ağdam filialına Məlumat Bazası üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. AzərKredit hazırda Ağdam filialına Məlumat Bazası üzrə Mütəxəssis vəzifəsi üzrə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Əsas vəzifə və öhdəlikləri:

  • AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Sistemdə müştərilər üçün İD yaradır və məlumatın dəqiq və tam şəkildə daxil edilməsini təmin etmək;
  • Kredit ödənişləri və digər əməliyyatları kodlaşdırmaq;
  • Tələb olunduqda sistemə daxil edilmiş olan məlumatlara düzəlişlər etmək;
  • Filial və şöbəyə aid olan müəyyən hesabatları hazırlamaq;
  • Müştəri fayllarını və filialın sənədlərini hazırlamaq;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
  • Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; İngilis dilini bilənlərə üstünlük verilir;
  • Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
  • Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;

AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formalarını (CV), hansı ki, namizədlərin bu vəzifəyə olan maraqlarını ifadə edir, dolduraraq 15 may 2014-ci il tarixinədək təqdim etsinlər. AzərKredit-in iş üçün elektron anket forması aşağıda göstərilmiş e-mail vasitəsilə də təqdim oluna bilər.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Ağdam filialına Məlumat Bazası üzrə Mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]
Faks: (012) 597 30 39

Ən sərfəli krediti almaq üçün müraciət et