Məhkəmə işləri istiqaməti üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

Məhkəmə işləri istiqaməti üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

“PAŞA Bank” ASC Hüquq Məsələləri şöbəsinin məhkəmə işləri istiqaməti üzrə mütəxəssis vakansiyasını elan edir.

Vəzifənin məqsədi:

PAŞA Bankın fəaliyyət göstərdiyi bütün istiqamətlər üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardımı göstərəcək, sənədlərin hüquqi analizi  və bankın maraqlarının məhkəmə orqanları, dövlət və qeyri-dövlət orqanları qarşısında müdafiə edəcək hüquq mütəxəssislərinin axtarışıdır. 

Bu vəzifə əsaslı hüquqi biliklər, yüksək analitik düşüncə, komandada işləmək və ünsiyyət qurmaq bacarıqları tələb edir. Ən uğurlu namizəd detallara fikir verən, strateji hədəfləri düşünmə qabiliyyətinə malik olan və optimal həll yollarını tapmağı bacaran şəxs olacaq.

İşiniz nədən ibarətdir?

  • İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, icra qeydlərinin, vəsatətlərin hazırlanması;
  • Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
  • Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
  • İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
  • Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı Bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
  • Bankın məhsullarının hüquqi ekspertizası;
  • Bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
  • Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
  • Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
  • Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə Bankın əməkdaşlarlarının təlimatlandırılması;
  • Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
  • Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.

Sizdən nə tələb olunur?

  • Hüquq ixtisası üzrə bakalavr dərəcəsi;
  • Ən azı 3 il peşəkar hüquqşünas təcrübəsi;
  • Komanda ilə işləmək və güclü ünsiyyət bacarıqları;
  • Mükəmməl Azərbaycan dili biliyi, rus və ingilis dillərinin biliyi arzuolunandır;
  • MS Office proqramlarının praktiki yüksək səviyyədə biliyi;
  • Tədqiqat, araşdırma və analitik bacarıqlar;
  • Planlaşdırma və təşkilatçılıq bacarıqları, tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı;
  • Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı;
  • Qərarları dəqiq və səhih məlumat əsasında vermə bacarığı.

Müraciət edin:

 Tələblərə cavab verdiyiniz halda, 31.07.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et