Maliyyə və Büdcə Departamentinə Mütəxəssis | Banco.az

Maliyyə və Büdcə Departamentinə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC Maliyyə və Büdcə Departamentinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Gündəlik maliyyə hesabatlarının hazırlanması;
• Mütəmadi olaraq xərclərin təhlilinin həyata keçirilməsi (Activity-based costing və digər vasitələr);
• Struktur bölmələr və məhsullar üzrə mənfəətlilik təhlili;
• Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının təmini və koordinasiyası;
• Aylıq və rüblük maliyyə nəticələrinin rəhbərliyə təqdimi;
• Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının təmini və koordinasiyası
• Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icrası, təhlillərin aparılması, təqdimatların hazırlanması.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi/maliyyə və ya menecment təhsilinə malik olmalı;
• Maliyyə sektorunda minimum 1 il iş təcrübəsi olmalı;
• MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı olmalı;
• Maliyyə təhlilinin aparılması qabiliyyətinə sahib olmalı;
• Büdcə planlaması və xərclərin idarə olunması sahəsində bilikləri olmalı;
• Analitik və yaradıcı düşüncəyə malik olmalı;
• Tabeçilik münasibətlərində işləmək bacarığına sahib olmalı;
• Dəqiqlik və qətiyyətlilik kimi müsbət göstəricilərə malik olmalı; 
• Ünsiyyət yaratmaq və güclü inandırma bacarığına sahib olmalı;
• Problemləri vaxtında müəyyən etməli və onlardan effektiv çıxış yollarının tapmaq bacarığına malik olmalı; 
• İşdə təşəbbüskar və yenilikçi yanaşma kimi göstəricilərə sahib olmalı; 
• Daimi özünü inkişaf və təkmilləşdirmə istəyinə sahib olmalı;  
• Azərbaycan və İngilis dillərini mükəmməl səviyyədə bilməli.

Göstərilən tələblərə cavab verən namizədlər 24 iyul 2017-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Maliyyə və Büdcə Departamentinə mütəxəssis şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et