Kapital Bank
Maliyyə Menecmenti Departamentinin Əməliyyatlara Nəzarət Şöbəsinin Mütəxəssisi
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Maliyyə Menecmenti Departamentinin əməliyyatlara nəzarət üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etmək;
- Bank əməliyyat sistemi və digər əməliyyat sistemlərinin rekonsilasiyası;
- Filiallarda olan əməliyyat işçilərinin işinə funksional nəzarət etmək.
Tələblər
- İqtisadi və ya riyazi sahədə ali təhsil;
- Məsuliyyətlilik və dəqiqlik;
- Bank işi üzrə biliklər (ön və arxa ofis sahələri);
- Analitik düşünmə qabiliyyəti və problem həlletmə bacarığı;
- Fərdi və komanda şəklində işləmək bacarığı;
- Bank sahəsində 2 illik iş təcrübəsi;
- Azərbaycan dilini əla və Rus dilini yaxşı bilmək.
Vakansiyaya müraciət etmək üçün bura daxil olun - http://www.kapitalbank.az/az/karyera/