Likvidliyin Tənzimlənməsi və Fondların Transferi şöbəsinə Mütəxəssis | Banco.az

Likvidliyin Tənzimlənməsi və Fondların Transferi şöbəsinə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC Xəzinədarlıq Departamentində Likvidliyin tənzimlənməsi və fondların transferi şöbəsinə  mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

• Bankın fəaliyyət istiqamətləri üzrə məruz qaldığı mövcud, habelə potensial bazar və likvidlik risklərinin müəyyənləşdirilməsi və təsnifləşdirilməsini icra etmək;
• Bankın məruz qaldığı Bazar  və likvidlik risklərinin ölçülməsi barədə təkliflərini vermək və tələb olunduğu halda onları icra etmək;
• Mütəmadi olaraq bazar və likvidlik risklərinin monitorinqini həyata keçirmək, mövcud risk limitlərinə uyğunluğuna nəzarət etmək, həmiçinin müəyyənləşdirilmiş və potensial risklərin minimallaşdırılması  barədə təkliflər vermək və tələb olunduğu halda onları icra etmək;
• Bazar və likvidlik risklərinin idarə edilməsi işinin təşkili, habelə strategiyanın müəyyənləşdirilməsi barədə təkliflərini vemək və tələb olunduğu halda onları icra etmək;
• Bankın struktur bölmələrində risklərin idarə edilməsi işinin və likvidlik risklərinin idarə edilməsinin işinin Mərkəzi Bankın təlimatlarına, normativlərinə və qaydalarına, habelə Bankın Risk siyasətinə, bankdaxili qaydalara və prosedurlara uyğun aparılmasına nəzarət etmək və bütün kənarlaşmalar barədə Departament direktoruna məlumat vermək;
• Bazar və likvidlik riskləri sahəsində risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək və tələb olunduğu halda onları icra etmək;
• Bazar və likvidlik risklərinin təhlili üçün müxtəlif test modellərinin (stres test, geriyə yoxlama, ssennari təhlili və s.) hazırlamaq və tətbiqini həyata keçirmək.

Namizədə qarşı tələblər:

• Maliyyə, risk menecment, investisiya yönümlü ixtisaslar üzrə ali təhsil (xaricdə təhsil  üstünlükdür); 
• TQDK imtahan balının 550-dən yüksək olması (Azərbaycanda təhsil aldığı halda);
• Kompyüter bilikləri (Excel, VBA, SPSS, Eviews proqramlarına üstünlük verilir); 
• Analitik bacarıq;
• Təzyiq altında işləmək bacarığı;
• Sözügedən sahədə ən azı 1 illik iş təcrübəsinə sahib olmaq;
• Rus dilində orta səviyyədə və İngilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarığına sahib olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Likvidliyin tənzimlənməsi və fondların transferi şöbəsinə mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et