Kreditlərin Bərpası üzrə Assistent (Rəqəmsal Kreditlər) | Banco.az
PAŞA Bank

Kreditlərin Bərpası üzrə Assistent (Rəqəmsal Kreditlər)

Vakansiya haqqında məlumat: 

PAŞA Bank namizədləri  Kreditlərin Bərpası üzrə Assistent (Rəqəmsal Kreditlər) vakansiyası üzrə müraciət etməyə dəvət edir.

İşiniz nədən ibarətdir?

  • Qeyri-işlək kreditlərin idarə olunması və bərpası üzrə cavabdehlik. Qeyri-işlək kreditlərin təhlili, təhlil nəticəsində təqibi və restrukturizasiyası. Gəlirlilik və xidmət standartlarının təkmilləşdirilməsi və yüksək səviyyədə icrası;
  • Gündəlik işlərin prosedur və metodologiyalara əsasən icrası;
  • Maliyyə vəziyyətinin dirçəlməsi və ödənişi gecikdirilən kreditlərlə bağlı problemlərin həll edilməsi məqsədi ilə tədbirlər planlarının hazırlanması, ilkin müzakirəsi, qiymətləndirilməsi və icrası;
  • Müştərilərlə mütəmadi olaraq əlaqə saxlanılması (görüşlər, telefon zəngləri, mesajlar və s. vasitəsilə), müştərilərin davranışlarına nəzarət və onların təhlili. Qeyri-işlək kreditlərin bərpası məqsədi ilə zəruri tədbirlərin icrası (xəbərdarlıq məktublarının göndərilməsi, vizitlər, işin məhkəməyə ötürülməsi və s.);
  • Görülən işlərin nəticələri barədə şöbənin səlahiyyətli şəxslərinə hesabatların hazırlanıb verilməsi (yığımla bağlı hesabatlar, statistik təqdimatlar və s.);
  • Şöbələr və departamentlər arasında işgüzar münasibətlərin qurulması.

Sizdən nə tələb olunur?

  • Təhsil: maliyyə, iqtisadiyyat və ya digər müvafiq ixtisaslar üzrə bakalavr dərəcəsi
  • Təcrübə: kredit, risk və ya müvafiq sahə üzrə biliklərə sahib olmaq
  • Xarici dil: ingilis dili (orta), rus dili (orta)
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Bank məhsulları
  • Bazar üzrə biliklər: Bank qanunvericiliyi
  • Digər: şifahi və yazılı ünsiyyət bacarıqları, analitik düşüncə və münaqişələrin həll etmə bacarıqları, komanda şəklində effektiv işləmə.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, 20.09.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et