Kredit İşçisi (Lökbatan) | Banco.az
FINCA Azerbaijan

Kredit İşçisi (Lökbatan)

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı öz LÖKBATAN filialı üçün KREDİT İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir. Biz biznes sahəsində çalışan adamlarla gündəlik işləmək, ünsiyyətdə olmağa marağı olan və enerjili namizədlərin komandamıza qoşulmasını arzulayırıq. Bu vəzifədə çalışanın iş vaxtının 90% kiçik və orta bizneslə məşğul olan adamların fəaliyyət göstərdikləri ərazilərdə, o cümlədən ticarət obyektlərinin (bazarlar, yarmarkalar) və sıx yerləşdiyi digər ərazilərdə olacaq. “FINCA Azerbaijan” Azərbaycanda 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.

Kredit İşçisi vəzifəsi üçün tələb olunanlar:

  • Ali təhsil (riyaziyyat və iqtisadiyyat arzuolunandır);
  • Biznes, xidmət və ticarət sahəsində müəyyən təcrübə;
  • Elementar riyazi hesablama aparmaq;
  • Kredit işi ilə tanışlıq və ya bu haqda öyrənmə arzusu;
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışmaq;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 04 Avqust 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№473/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvanlara təqdim edəsiniz:

Ünvan: Bakı, Binə Ticarət Mərkəzi, City Mall, 2-ci mərtəbə
Telefon: (012) 414 99 16; (055) 455 25 60

FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et