Kredit İdarəsinin Təhlil və hesabatlılıq şöbəsinin stajçı mütəxəssisi/baş mütəxəssisi | Banco.az
Xalq Bank

Kredit İdarəsinin Təhlil və hesabatlılıq şöbəsinin stajçı mütəxəssisi/baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Əmək haqqı: (1000 AZN-dən 2330 AZN-dək)

Vəzifə : ( kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis, baş mütəxəssis)

Qeyd : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (670 AZN)  ödənilməklə stajçı mütəxəssis götürülə bilər.

İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

•  İqtisadiyyat , maliyyə və bank işi sahəsində ali magistr təhsili(ona bərabər tutulan təhsil səviyyəsi);
•  Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank təcrübəsi olanlara üstünlük verilə bilər ;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ( rus və ingilis dillərini bilənlərə üstünlük verilə bilər);
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq; 
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri ( excell proqramı üzrə mükəmməl biliklərə malik olan namizədlərə üstünlük verilə bilər);

İŞİN TƏSVİRİ:

• Bankın müvafiq bölmələrinin, o cümlədən Banka nəzarət edən və onunla əməkdaşlıq edən təşkilatların (dövlət orqanlarının və s.) lazımi hesabat və arayışlarla təmin edilməsi;
• BKK-nın iclasında (və yaxud Kredit İdarəsində) müzakirəyə  çıxarılacaq  kredit sifarişlərinin təhlili.

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Əlaqə vasitələri :

E - mail :  [email protected] 
Telefon: (012) 404 43 39
Faks:  (012) 404 43 34

Ən sərfəli krediti almaq üçün müraciət et