Komplayens üzrə mütəxəssis | Banco.az
Yapı Kredi Bank Azərbaycan

Komplayens üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

Tələblər:

- Ali təhsil (hüquq təhsilinə üstünlük verilir);
- Bank işi, maliyyə, mühasibatlıq və iqtisadiyyatın digər uyğun sahələri üzrə 1 illik iş təcrübəsi;
- Azərbaycan Mərkəzi Bankının qaydaları, təlimatları, qərar və sərəncamlarından, habelə digər müvafiq qanunvericilik sənədlərindən (Mülki Məcəllə, Vergi Məcəlləsi, və s) aidiyyəti üzrə məlumatlı olmalıdır;
- Azərbaycan dilini mükəmməl, türk, rus və ingilis dillərini yaxşı səviyyədə bilənlərə üstünlük verilir; 
- Yaradıcı yanaşmaya malik olmaq və ünsiyyət qurmaq qabiliyyəti vacibdir.

Əsas iş funksiyaları:
 
- Bankın siyasət və prosedurlarına qanunvericiliyə riayət olunması baxımından rəy vermək, lazımı təklifləri irəli sürmək;
- Müvafiq struktur vahidlərinin qanunvericilik tələbləri üzrə suallarını cavablandırmaq, aidiyyəti məsələlər üzrə qanunvericilik sahəsində araşdırmalar aparmaq və ehtiyac olduqda, dövlət orqanlarıyla əlaqə yaratmaq; 
- Mövcud qanunvericilik tələbləri baxımından bankın mövqeyini qiymətləndirmək və potensial risklər barəsində rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək;
- Bankın daxil olduğu Qrup siyasəti çərçivəsində bankın lazımi addımları atması prosesində koordinasiya funksiyasını yerinə yetirmək.

Email: [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et