Kargüzar | Banco.az
AFB Bank

Kargüzar

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Hüquq departamentinin kargüzarlıq şöbəsinin kargüzarı vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Kargüzar


İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali hüquqi təhsil;
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • Kargüzarlığın aparılmasına dair normativ aktlar üzrə biliklər;
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi;
  • Güclü MS Office – Excel bilikləri;
  • Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

  • İdarəetmə orqanlarının iclaslarında katiblik edir, protokol və protokoldan çıxarışları hazırlayır;
  • İş nomenklaturunun tərtib edilməsində iştirak edir;
  • Kargüzarlığın aparılması, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu, qaydaya (nizama) salınmasını həyata keçirir;
  • Bankın fəaliyyəti ilə əlaqədar sənədlərin tərcümə etdirilməsi, notariat qaydasında təsdiq edilməsi və leqallaşdırılması üzrə  işləri həyata keçirir;
  • Sənədlərin surətini çıxarır, çoxaldır, skan (elektron surət) edir;
  • Sənədlərlə iş və sənəd dövriyyəsi prosesində mütərəqqi texnologiyaların tətbiqinə dair təkliflər verir;
  • Kargüzarlığın aparılmasına dair hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri icra edir.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kargüzarlıq şöbəsinin kargüzarı” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et