IT İnfrastruktur və Bank Sistemləri departamentinin terminal şəbəkəsinə texniki dəstək mühəndisi | Banco.az
Kapital Bank

IT İnfrastruktur və Bank Sistemləri departamentinin terminal şəbəkəsinə texniki dəstək mühəndisi

Vakansiya haqqında məlumat: 

Kapital Bank namizədləri İnformasiya Texnologiyaları departamentinin terminal şəbəkəsinə texniki dəstək mühəndisi vakansiyası üzrə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankomatlarda, ödəniş terminallarında proqram təminatlarının quraşdırılması və tənzimlənməsi;
  • Terminal parkının (aparat və proqram) işləkliyinin təmin olunması;
  • Bankomatlara, ödəniş terminallarına texniki xidmət və dəstək;
  • Abadanlığa texniki baxış;
  • Detalların dəyişdirilməsi;
  • Ərazi üzrə texniki təminat - Аbşeron, ölkənin regionları.

Tələblər

  • Ali texniki təhsil;
  • ОС MS Windows (quraşdırılma və tənzimlənmə) sisteminə və ofis proqramlarına dərindən bələdlik;
  • Wincor-Nixdorf bankomatlarının və SAGA ödəniş terminallarının müxtəlif modelləri ilə iş təcrübəsi;
  • loq-faylların təhlili təcrübəsi;
  • texnika ilə iş səriştəsi (mühəndis səviyyəsində);
  • şəbəkə abadanlıqları, texnologiyanın əsasları, interfeyslər, protokollar, kommunikasiya tipləri və məlumatların ötürülməsi ilə bağlı biliklər;
  • komandada işləmək bacarığı;
  • məzuniyyət imkanı;
  • təlimlərdə iştirak imkanı;
  • sənədləşdirmə qabiliyyəti;
  • Mükəmməl Azərbaycan, rus  və istifadə səviyyəsində ingilis dili biliyi.

Yaratdığımız imkanlar

  • Peşəkar və dinamik komandada maraqlı iş;
  • Peşəkar inkişaf;
  • Layiqli əmək haqqı səviyyəsi;
  • Mehriban kollektiv.

Vakansiyaya müraciət etmək üçün bura daxil olun - http://www.kapitalbank.az/az/karyera/

Ən sərfəli krediti almaq üçün müraciət et