İT İnfrastruktur və Bank Sistemləri departamentinin sistem administratoru | Banco.az
Kapital Bank

İT İnfrastruktur və Bank Sistemləri departamentinin sistem administratoru

Vakansiya haqqında məlumat: 

Kapital Bank namizədləri vakant İnformasiya Texnologiyaları departamentinin sistem administratoru vəzifəsi üzrə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Windows 2008 R2/Windows 2012, VMware vSphere 5.5, MS Exchange 2010, IIS, Forefront TMG, System Center 2012 sistemlərinin idarəçiliyi altında çalışan serverlərə inzibatçılıq;
  • İT sahəsində aparılan işlərin qayda və standartlara uyğunluğuna cari nəzarət;
  • Bankın İT strategiyasının hazırlanmasında və reallaşdırılmasında iştirak;
  • Funksional informasiya sistemlərinə texniki dəstəyin və proqram təminatının təşkili;
  • Yeni texnologiyaların dəyərləndirilməsi və onların bankın biznesinə təsirinin üzə çıxarılması.

Tələblər

  • Ali təhsil;
  • Vakansiyanın aid olduğu sahədə ən azı 2 il iş təcrübəsi;
  • Windows (XP,7, 2003, 2008R2), MS Exchange 2010 AD, Group policy, DHCP, DNS, WSUS, TMG, SCCM, SCOM sistemləri üzrə mükəmməl biliklər.

Yaratdığımız imkanlar

  • Peşəkar və dinamik komandada maraqlı iş;
  • Peşəkar inkişaf;
  • Layiqli əmək haqqı;
  • Mehriban kollektiv.

Vakansiyaya müraciət etmək üçün bura daxil olun - http://www.kapitalbank.az/az/karyera/

Ən sərfəli krediti almaq üçün müraciət et