İstifadəçilərə Texniki Yardım (Help Desk) Mütəxəssisi | Banco.az
AccessBank

İstifadəçilərə Texniki Yardım (Help Desk) Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

İstifadəçilərə Texniki Yardım (Help Desk) Mütəxəssisi

Öhdəliklər

 Telefon və ya e-poçt vasitəsilə texniki yardım istəyən müştərilər üçün ilk əlaqə nöqtəsi kimi xidmət etmək
 Diaqnostik üsulları və əlaqədar sualları istifadə edərək uzaqdan problemləri həll etmək
 Problemə və istifadəçilər tərəfindən verilən məlumatlara əsaslanan optimal bir həll tapmaq
 Problemin həlli prosesi ilə addım-addım müştərini məlumatlandırmaq
 İKT xidmətləri haqqında dəqiq məlumat vermək
 Jurnalda hadisələri və problemləri və onların həllini qeyd etmək
 Sorğunun statusunun icrasını izləmək
 İstifadəçilərdən daxil olan rəyləri və təklifləri müvafiq komanda üzvlərinə yönəltmək
 Proseduraların inkişafına dair təkliflər irəli sürmək

Tələblər

 İstifadəçilərə texniki yardım rolunda və ya digər müştəri xidməti işində təcrübə
 Ofis avtomatlaşdırma sistemlərlə, məlumat bazalarla təcrübə və uzaqdan idarəetmə bilikləri
 Kompüter sistemləri, mobil qurğular və digər texniki məhsulların yaxşı anlaşılması
 Əsas texniki problemləri təyin etmək və həll etmək bacarığı
 İngilis, Azərbaycan və Rus dillərini bilməsi
 Əla ünsiyyət bacarıqları
 Müştəri-yönümü və sakit xasiyyət
 İnformasiya texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi

Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç