İnzibati Köməkçi | Banco.az
FINCA Azerbaijan

İnzibati Köməkçi

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Goranboy (və ya Dəliməmmədli) filialına  İnzibati Köməkçi vəzifəsinə işçi axtarışı elan edir. İnzibati Köməkçi filialdakı ofis ləvazimatlarının və avadanlıqlarının təchizatına nəzarət edəcək, göndərilən sənədlərini nizamlayacaq və lazımi inzibati dəstək göstərilməsinə məsul olacaq. “FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

İnzibati Köməkçi vəzifəsi üçün tələb olunanlar:

  • Ali və ya orta texniki təhsil;
  • Peşəkar ofis mühitində müəyyən təcrübə;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq. Rus və İngilis dilini bilənlərə üstünlük veriləcək;
  • Microsoft Office proqramları ilə işləmək və sürətli çapetmə bacarığı;
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Müştərilərlə davranış etikası.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV)  15 Aprel  2015 -ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№175/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiniz:

Ünvan: Ünvan: Goranboy şəh., H.Əliyev pros., 16

Ünvan: Dəliməmmədli şəh., Y.Rəhimov küç., 22

Telefon:  (022) 245 34 06: (055) 455 25 85

Ən sərfəli krediti almaq üçün müraciət et