İnteraktiv Əlaqə Mərkəzinə Menecer | Banco.az

İnteraktiv Əlaqə Mərkəzinə Menecer

Vakansiya haqqında məlumat: 

“DəmirBank” ASC Problemli Kreditlərin Hüquqi Tənzimlənməsi Departamenti nəzdində yeni yaradılmış İnteraktiv Əlaqə Mərkəzinə menecer vəzifəsinə işəqəbul elan edir.

28 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri: 

• Problemli kreditlər üzrə interaktiv əlaqə mərkəzinin (call centre) işini təşkil etmək;
• 30 günədək gecikmiş kreditlərə malik müştərilərlə əlaqənin təmin olunmasına, geriödənişlərin edilməsinə nəzarət etmək;
• Ümidsiz kreditlər siyahısına daxil olmuş müştərilərlə əlaqə saxlanılmasını, portfelin sağlamlaşdırılmasını və ödənişləri təmin etmək;
• Daxil olan müraciət və məlumatların zəruri instansiyalara ötürülməsini təmin etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Azərbaycan və Rus dillərini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməli;
• Müvafiq sahədə minimal 3 il təcrübəsi olmalı;
• İdarəetmə üzrə minimal 1 il təcrübəyə sahib olmalı
• Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Yüksək peşəkar-etik keyfiyyətlərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 iyul  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnteraktiv Əlaqə Mərkəzinə Menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et