Hüquqşünas (İcraya Nəzarət şöbəsi) | Banco.az
AGBank

Hüquqşünas (İcraya Nəzarət şöbəsi)

Vakansiya haqqında məlumat: 

Hüquqşünas (İcraya Nəzarət şöbəsi)                                                                                                         
 
Tələblər:

• Hüquq sahəsi üzrə ali təhsil
• Kompüter bilikləri əla səviyyədə, MS Office proqramlarında sərbəst işləmə bacarığı
• Analitik qabiliyyətə malik olmalı
• Ünsiyyət qurma və problemləri həll etmək bacarıq
• Qətiyyətli və tələbkar 
• Yaş həddi 25 – 40 (kişi)
• Sürücülük vəsiqəsi arzu olunandır
• Məhkəmə və İcra qurumları ilə iş təcrübəsi vacibdir

Vəzifə öhdəlikləri:
 
• Məhkəmə qətnamələrinin icra olunması zamanı icra hərəkətlərinin aparılmasını təmin etmək, bankın hüquq və mənafelərini dövlət orqanlarında təmsil etmək, məhkəmə iclaslarında iştirak, müraciətlərin və şikayətlərin hazırlanması
• Departament daxilində olan şöbələrlə koordinasiya olunmuş qaydada işləmək, rəhbərliyin göstərişlərini tam və vaxtında icrasını təmin etmək 
• İcra mərhələsində olan işlərlə bağlı istənilən əqdin bağlanmasında iştirak
• İcra hərəkətlərinin aparılması ilə əlaqədar hesabat hazırlamaq.

İş şəraiti:
 
• İş yeri  - AGBank-ın Baş ofisi (Bakı) 
• Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Qəyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) [email protected]ə göndərməyiniz xahış olunur.  Əlaqəli şəxs - Zaur İzmaylov.

Mövzuda – Hüquqşünas  vakansiyasını qeyd etməyiniz xahış olunur 

Ən sərfəli krediti almaq üçün müraciət et